Vakansiyalar

1) Mühərrik ustası

“ASIA Motors” MMC - 2021 ci ilin May ayında təsis edilmişdir. Şirkət professional və təcrübəli komandası sayəsində qısa dönəmdə iki uğurlu layihəyə imza atmış və gələcək üçün də növbəti layihələr üzərində çalışır. Belə ki, şirkətimiz Çin mənşəli HAIMA və Britaniya mənşəli MG avtomobil markalarının ölkəmizdə rəsmi idxalçısıdır.

Məqsədimiz avtomobil bazarında “Daha çox etibar, daha çox pozitiv nəticə” prinsipi ilə yüksək səviyyədə avtomobil satışı və satışsonrası ximətin təşkil edilməsidir.

Vakansiya: Mühərrik ustası (minik və yüngül kommersiya avtomobili sahəsi üzrə)

Tələblər:

  • Avtomobil sahəsində 5 il iş təcrübəsi;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Komandada işləmək qabiliyyəti;
  • Yaş həddi: 25-45

Vəzifələr:

  • Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Təhkim olunmuş əlalətlərini düzgün qaydada istifadə etmək.
  • Təhkim olunmuş əl alətlərini təmiz və səliqəli saxlamaq.
  • İstehsalçıların təmir texnologiyalarına riayət etmək.
  • Texniki dəstək üçün Baş mexanikə müraciət etmək.
  • Görülmüş işlər haqda iş kartında qeydlər aparmaq.
  • Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq.
  • Daxili prosedurlara və nizam–intizam qaydalarına riayət etmək.
  • Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək.
  • İş yerinin təmiz və səliqəli saxlamaq,əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
  • Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək.
  • Lazımi texniki dəstək üzrə prosedurlara riayət etmək
  • Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
  • Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi;
  • İş yeri: Babək prospekti;

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@asiamotors.az mail ünvanına mövzu hissəsində “Mühərrik ustası” qeyd edərək göndərə bilərlər.

2) Satış nümayəndəsi

“ASIA Motors” MMC - 2021 ci ilin May ayında təsis edilmişdir. Şirkət professional və təcrübəli komandası sayəsində qısa dönəmdə iki uğurlu layihəyə imza atmış və gələcək üçün də növbəti layihələr üzərində çalışır. Belə ki, şirkətimiz Çin mənşəli HAIMA və Britaniya mənşəli MG avtomobil markalarının ölkəmizdə rəsmi idxalçısıdır.

Məqsədimiz avtomobil bazarında “Daha çox etibar, daha çox pozitiv nəticə” prinsipi ilə yüksək səviyyədə avtomobil satışı və satışsonrası ximətin təşkil edilməsidir.

Vakansiya: Satış nümayəndəsi (avtomobil satışı sahəsi üzrə)

Tələblər:

  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Azərbaycan və Rus dilini səlist bilməli, İngilis dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Parakəndə avtomobil satış sahəsində təcrübə mütləqdir;
  • MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
  • Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
  • Yeniliklərə açıq olmalı;
  • Yaş həddi: 25-35

Vəzifələr:

  • Müştəriləri satış salonunda qarşılıyıb avtomobil satışının həyata keçirilməsi;
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Reqlamentə uyğun müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
  • Yeni satışlar üçün potensial müştərilərlə əlaqələrin təşkili;
  • Satdığı və rəqib şirkətlərin müvafiq məhsulları barəsində öyrənilməsi, araşdırılması və analizinin aparılması;
  • Təlimlərdə iştirak etməli və inkişaf planına uyğun irəliləməli;
  • Satış prinsiplərinə riayət etməli;
  • Avtomobil sifarişində yaxından iştirak etməli;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
  • Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
  • İş yeri: Babək prospekti
  • Karyerada yüksəliş imkanları

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@asiamotors.az mail ünvanına mövzu hissəsində “Satış Nümayəndəsi” qeyd edərək göndərə bilərlər.

3) SMM üzrə mütəxəssis

“ASIA Motors” MMC - 2021 ci ilin May ayında təsis edilmişdir. Şirkət professional və təcrübəli komandası sayəsində qısa dönəmdə iki uğurlu layihəyə imza atmış və gələcək üçün də növbəti layihələr üzərində çalışır. Belə ki, şirkətimiz Çin mənşəli HAIMA və Britaniya mənşəli MG avtomobil markalarının ölkəmizdə rəsmi idxalçısıdır.

Məqsədimiz avtomobil bazarında “Daha çox etibar, daha çox pozitiv nəticə” prinsipi ilə yüksək səviyyədə avtomobil satışı və satışsonrası ximətin təşkil edilməsidir.

Vakansiya: Satış nümayəndəsi (avtomobil satışı sahəsi üzrə)

Tələblər:

  • Ali təhsil (Marketinq sahəsində ali təhsil arzuolunandır);
  • Azərbaycan dilini səlist bilməli, İngilis və Rus dilini yaxşı bilməli;
  • Adobe Illustrator, Adobe Premiere, Adobe Photoshop üzrə biliklər arzuolunandır;
  • Facebook və İnstagram ADS bilməli;
  • Google Analytics və Google ADS bilməli;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və satış bacarığı olmalı;
  • Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
  • Komandada işləmək qabiliyyəti;
  • Yaş həddi: 25-35

Vəzifələr:

  • Şirkətin sosial şəbəkə platformalarında olan səhifələrini peşəkar idarə etmək və maksimum tanıtmaq;
  • Aylıq SMM planları müvafiq şöbələrlə müzakirə edib qurmaq və həyata keçirmək;
  • Plan üzrə vizualların hazırlanmasına nəzarət etmək;
  • Plan üzrə mövzu mətnini (kontenti) hazırlamaq;
  • Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərin təyin etmək;
  • Axtarış platformalarında optimizasiyanı təşkil etmək;
  • Hər marka üzrə region rəhbəri ilə SMM startegiyasını təhlil və tətbiq etmək;
  • Müqayisəli şəkildə aylıq nəticələrin hesabatlarının hazırlanması;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
  • Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük və müvafiq iş saatı həcmi;
  • İş yeri: Babək prospekti;
  • Karyerada yüksəliş imkanları

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@asiamotors.az mail ünvanına mövzu hissəsində “SMM üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

office@asiamotors.az +994 12 525 5151 MG Motors: +994 50 400 1924 HAIMA: +994 55 585 1992